AZ

Azərbaycan neftinin və qazının ötən il üzrə orta qiyməti açıqlanıb

Ötən il Azərbaycan neftinin orta qiyməti 68,5 dollar təşkil edib.

"APA-Economics" xəbər verir ki, bunu keçirilən brifinqdə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.

O bildirib ki, 2024-cü ildə bu rəqəm 84 dollar təşkil edib. Başqa sözlə ötən il neftin orta qiyməti 18,5% azalıb.

Təbii qazın min kubmetrinin qiyməti isə 289 dollar təşkil edib ki, bu da 5,5 % artım deməkdir.

Seçilən
48
4
apa.az

5Mənbələr