Ukrayna prezidenti Volodimir Zelenski i24news-a verdiyi müsahibədə bildirib ki, Ukrayna İrandan gələn təhdidlərdən qorxmur...
Poliqon xəbər verir ki, Zelenskinin sözlərinə görə, son dörd ildə, yəni Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsinin başlanğıcından bəri bu cür mesajları çox eşidib.
"Baxın, yeni bir şey yoxdur. Bu dörd il ərzində bir çox fərqli xəbər eşitmişəm. Biz belə xəbərlərdən qorxmuruq. Son dörd il ərzində, həmçinin əsasən 12 il ərzində hər gün belə xəbərlərlə yaşayırıq. Buna görə də bu, bizim üçün yeni bir şey deyil".
O, həmçinin əminliklə bildirib ki, Yaxın Şərqdə vurulan "Şahed"də Rusiya hissələri tapılılıb. Bu Moskvanın İrana dronlar tədarük etdiyini göstərir:
"Bəli, əminəm. Yaxın Şərq ölkələrindən birində məhv edilən "Şahed"lərdən birinin bəzi hissələrini gördük. Bunlar Rusiya hissələri idi. Biz bunu bilirik, çünki iranlılar onları istehsal etməyiblər. Fikrimcə, bu o deməkdir ki, ruslar da onlara kömək edir, necə ki, iranlılar müharibənin əvvəlində, onlara "Şahed"ləri verərkən kömək etmişdilər".
Poliqon.info