AZ

Bağdadda yaşayış binasına raket hücumu - Ölən və yaralananlar var

Bağdadın mərkəzində yerləşən yaşayış binasına raket hücumu nəticəsində ən azı dörd nəfər ölüb, iki nəfər yaralanıb. 

Missiya.Az xəbər verir ki, bu barədə "Shafaq News" məlumat yayıb.

Təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, ölənlərin sayı hələ dəqiqləşdirilməyib. İlkin məlumatlara əsasən, hücum zamanı binada “silahlı qrupların” üzvləri, həmçinin bir neçə İran vətəndaşı olub.

Qeyd edək ki, daha əvvəl "Əl-Hadath TV" xəbər verib ki, Bağdadın mərkəzi rayonlarından birində vurulan ev “Əl-Həşd əş-Şabi” şiə milis qrupuna məxsus imiş.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
47
missiya.az

1Mənbələr