AZ

Ukrayna və ABŞ vətəndaşları Hindistanda terrorçuluğa görə SAXLANILDILAR – VİDEO

Hindistanda 6 Ukrayna və 1 ABŞ vətəndaşı terrorçu hazırlamaq şübhəsi ilə saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “The Indian Express” məlumat yayıb.

Hindistanın Milli İstintaq Agentliyi (NIA) Myanmada fəaliyyət göstərmək məqsədilə terrorçular hazırlamaqda şübhəli bilinən altı Ukrayna və bir ABŞ vətəndaşını saxlayıb.

Əlavə olaraq qeyd edək ki, son illərdə Myanmada davam edən daxili münaqişələr və qeyri-sabit siyasi vəziyyət fonunda xarici vətəndaşların bu cür qeyri-qanuni fəaliyyətlərə cəlb olunması beynəlxalq təhlükəsizlik qurumlarının ciddi narahatlığına səbəb olur.

Hazırda Hindistanın hüquq-mühafizə orqanları saxlanılan şəxslərin hansı silahlı qruplaşmalarla əlaqədə olduğunu və onların fəaliyyət şəbəkəsini müəyyənləşdirmək üçün genişmiqyaslı araşdırmalar aparır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
51
interpress.az

1Mənbələr