ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı keçirilən hərbi əməliyyatların şok təfərrüatlarını açıqlayıb.
Publika.az xəbər verir ki, ABŞ ordusu əməliyyat başladığı gündən bu yana İran hədəflərinə qarşı 6500-dən çox döyüş uçuşu həyata keçirib.
Məlumata görə, son 16 gün ərzində həyata keçirilən zərbələr nəticəsində rəsmi Tehrana məxsus 7 mindən çox hədəf darmadağın edilib. Məhv edilən hədəflər arasında İranın 100-dən çox hərbi gəmisi də var.
CENTCOM-un bəyanatında bildirilir ki, genişmiqyaslı əməliyyatlara çoxsaylı qırıcı təyyarələr, strateji bombardmançılar, aviadaşıyıcılar, sualtı qayıqlar cəlb olunub. Eyni zamanda, regionda "Patriot" və THAAD hava hücumundan müdafiə sistemləri tam döyüş hazırlığı vəziyyətinə gətirilib.