AZ

Tramp İranla bağlı sabiq prezidentlə danışıb, amma... VİDEO

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp sələflərindən biri ilə İranla müharibə haqda danışdığını deyib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Mətbuat konfransı zamanı müxbirlə Tramp arasında maraqlı dialoq yaşanıb.

Belə ki, jurnalist “Bu gün iki dəfə keçmiş prezidentlə İrana hücumlar barədə danışdığınızı dediniz. Bu, Corc Buş idimi?”, – deyə soruşub.

Ağ Ev rəhbəri isə bunu təsdiqləməyib.

Ardınca yenə müxbir “Bəs Bill Klinton? Obama?” deyə sual ünvanlayıb.

Trampın cavabı belə olub: “Bu haqda nəsə demək istəmirəm, düşünürəm ki, yəqin bilirsiniz. O adam çox ağıllı biridir. İrana hücumlardan sonra mənə dedi ki, kaş ki, mən də edə bilərdim. Amma kim olduğunu açıqlamayacağam. Mən ona hər hansı problem yaratmaq istəmirəm”.

Əliyar Xəlil

Globalinfo.az  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
globalinfo.az

1Mənbələr