AZ

“PSJ müdafiəyönümlü oyuna üstünlük verən komanda deyil”

PSJ Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Çelsi" klubu ilə oyunda müdafiəyə çəkilməyəcək.

90deqiqe.Az xəbər verir ki, bunu komandanın hücumçusu, “Qızıl top” mükafatı laureatı Usman Dembele deyib. O bildirib ki, kollektiv hər zaman qələbə qazanmaq məqsədi ilə meydana çıxır və müdafiəyönümlü oyun onların üslubuna uyğun deyil:

“Biz daim qələbəyə köklənirik. Sadəcə öz yarımmeydanımızda dayanıb müdafiə olunmaq bizim oyun tərzimiz deyil”, – deyə futbolçunun sözlərini Avropa futbol qurumunun mətbuat xidməti yayıb.

Qeyd edək ki, komandalar arasında ilk qarşılaşma Paris klubunun 5:2 hesablı qələbəsi ilə başa çatıb. Cavab oyunu martın 17-də Londonda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Seçilən
20
90deqiqe.az

1Mənbələr