AZ

Gizir Xanının bu şərhi MARAQ DOĞURDU Bizi üzü qara edənlər...

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Şəhid Müşfiq Abbasov və “Gizir Xanı” ləqəbli Səyyaf Əhmədovun sosial şəbəkədəki qarşılıqlı şərhləri diqqət çəkib.

Bakıvaxtı.az-ın xəbərinə görə, paylaşım 7 il öncəyə aiddir.

Paylaşımda Müşfiq Abbasov qeyd edib:

"Allah bizlərə silah götürüb döyüşə girməyi qismət eləsin, üzü qara olmayaq".

Bu sözlərə cavab olaraq, Səyyaf Əhmədov yazıb:

"Üzümüzü qara edənlərə min lənət".

Qeyd edək ki, ötən ilin 24 sentyabrında “Gizir Xanı” ləqəbi ilə tanınan əfsanəvi kəşfiyyatçı, ehtiyatda olan gizir Səyyaf Əhmədov minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində minaya düşərək həlak olub. Hadisə Ağdam rayonunun Mirəşelli kəndi ərazisində baş verib.

Müşfiq Abbasov isə Ağdam istiqamətində bir çox hərbi əməliyyatlarda müvəffəqiyyətlər qazanıb və 6 oktyabr 2020-ci il tarixində rayonun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
58
bakivaxti.az

1Mənbələr