AZ

Finlandiya Trampın çağırışınıdəstəkləmədi

Finlandiya Hörmüz boğazında naviqasiya təhlükəsizliyində iştirakın ölkə üçün əsas prioritet olmadığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Finlandiyanın xarici işlər naziri Elina Valtonen bildirib.

Nazir Finlandiyanın tərəfdaş və müttəfiqlərlə sıx əməkdaşlıq etdiyini desə də, hazırda Hörmüz boğazının açılması məsələsinin əsas prioritet olmadığını vurğulayıb.

Onun sözlərinə görə, Baltik dənizində təhlükəsiz naviqasiya məsələsi Finlandiya üçün daha böyük əhəmiyyət daşıyır.

Valtonen əlavə edib ki, Finlandiya Rusiya ilə 1340 kilometrlik quru sərhədi bölüşür və Rusiya hələ də Avropa üçün təhlükə olaraq qalır.

Nazir həmçinin qeyd edib ki, Rusiyaya qarşı münaqişədə Ukraynanın müdafiəsi Avropa üçün ən vacib vəzifələrdən biridir və bu, bütün ölkələrdən ciddi səylər tələb edir.

Aminə ŞAHSUVARQIZI

Seçilən
81
1
redaktor.az

2Mənbələr