AZ

Azərbaycanda alim ölüb - FOTO

Azərbaycanda alim ölüb.

Ölkə.Az-ın məlumatına görə, Azərbaycan Dillər Universitetinin (ADU) professoru Gəray Namaz oğlu Yusifov vəfat edib.  xarici dillərin tədrisi metodikası kafedrasının dosenti Gəray Yusifov dünyasını dəyişib.

Qeyd edək ki, G.Yusifov 1936-cı il Yevlax rayonunun Salahlı kəndində anadan olub.

1955-1960-cı illərdə M.F.Axundov adına Azərbaycan Dillər İnstitutunda İngilis dili fakültəsində təhsil alıb.
1960-1972-ci illərdə Yevlax rayon və Mingəçevir şəhər məktəblərində ingilis dili müəllimi kimi çalışmağa başlayıb. 1972-ci ildə M.F.Axundov adına Azərbaycan Dillər İnstitutunda müəllim ştatına qəbul edilib. 1973-cü ildən baş müəllim, 1977-ci ildən dosent kimi fəaliyyətinə davam edib. 1979-cu ildə İngilis dili fakültəsi üzrə dekan, 1991-ci ildə Tərbiyə işləri üzrə prorektor vəzifəsinə təyin edilib.

1992-ci ildən 2026-ci ilə qədər Xarici dillərin tədrisi metodikası kafedrasında (indiki adı İngilis dilinin tədrisi metodikası kafedrası) professor vəzifəsində əmək fəalliyyətini davam etdirib.

6 kitab, akademik mətbuatda 38 məqalə və tezis, 1 monoqrafiya çap etdirib.

Allah rəhmət eləsin!

Billurə


 

Seçilən
62
3
olke.az

10Mənbələr