AZ

Xamenei ölümdən necə xilas olub?

İranın yeni Ali Lideri Ayətullah Müctəba Xamenei fevralın 28-də aviazərbələrdən qısa müddət əvvəl hücuma məruz qalan binanı tərk edərək ölümdən xilas olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.

Nəşr eyni hücumda həlak olan Ali Lider Ayətullah Əli Xameneinin protokol rəisi Məzahir Hüseyninin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyinə verdiyi açıqlamanın audioyazısına istinad edir.

"Bu, Allahın iradəsi idi: Müctəba bir iş üçün həyətə çıxmalı və sonra qayıtmalı idi. O, çöldə idi və artıq yuxarı mərtəbəyə qalxırdı ki, binaya raket dəydi. Həyat yoldaşı xanım Zəhra Həddad dərhal həlak oldu", - deyə qəzet Hüseyninin sözlərinə istinadən bildirir.

O, İranın yeni ali liderinin hücumda ayağından yüngül xəsarət aldığını, oğlunun isə öldüyünü bildirib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Müctəba Xamenei martın 8-i səhər saatlarında ali lider seçilib.

Daha sonra İsmayıl Bəqayi Müctəba Xameneinin xəsarət alması ilə bağlı açıqlama verib./Oxu.Az

Seçilən
98
17
bakivaxti.az

10Mənbələr