Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları və sonradan qüsurlar aşkar edilən medallar yeniləri ilə əvəz olunub.
Offsideplus.az xəbər verir ki, taekvondoçu Qaşım Maqomedovun gümüş və yunan-Roma güləşçisi Həsrət Cəfərovun bürünc medalları artıq dəyişdirilib. Yeni medallar martın 20-dək Bakıya – Milli Olimpiya Komitəsinə (MOK) göndəriləcək.
Olimpiya mükafatçıları yeni medallarını təslim almaq üçün MOK-a dəvət olunacaq və onlara təqdimat mərasimi keçiriləcək.