Endokrinoloq Dilyara Lebedeva bildirib ki, qarında köp yaşayan bir çox insan bu zaman geniş yayılmış bir səhvə yol verir.
Redaktor.az xəbər verir ki, o, bu barədə özünün "YouTube" kanalında danışıb.
Həkimin sözlərinə görə, qarında köp yarandıqda bir çox insan dərhal rasionundan təzə tərəvəzləri tamamilə çıxarır. Lebedeva qeyd edib ki, bu yanaşma düzgün deyil.
Mütəxəssis izah edib ki, tərəvəzlərdə orqanizmi vitamin və minerallarla təmin edən, eyni zamanda bağırsaq mikrobiotası üçün qida mənbəyi olan çoxlu lif mövcuddur. Buna görə də çiy tərəvəzlər və göyərti qidalanmada mütləq yer almalıdır.
Həkim vurğulayıb ki, qarında köp olduqda tərəvəzlərdən yalnız müvəqqəti imtina etmək olar. Bu müddətdə problemin səbəbi müəyyənləşdirilməli və aradan qaldırılmalıdır.
“Əgər mədə-bağırsaq sisteminiz hansısa məhsula köp ilə reaksiya verirsə, deməli problem məhsulda deyil, orqanizmin özündədir”, – deyə Lebedeva qeyd edib.
Aytəkin TOFİQQIZI