AZ

Cəlal Hüseynov “Dobrudca” üzərində qələbəyə sevindi – ARENA.AZ

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 26-cı turu çərçivəsində “Dobrudca” ilə qarşılaşıb.

“Arda” doğma meydanda baş tutmuş bu oyundan inamlı qələbə ilə ayrılıb – 2:0. Hüseynov bu görüşün 75-ci dəqiqəsində meydana buraxılıb.

“Arda” 26 turdan sonra 35 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. Komanda cari mövsümdə 9 qələbə qazanıb, 8 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, “Zirə”nin yetirməsi olan Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 74 rəsmi oyuna çıxıb, 2 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, ötən ilin yayında yenidən Bolqarıstan klubuna qayıdıb.

Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 8 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
49
12
arena.az

10Mənbələr