Gürcüstan Patriarxı II İlya səhhətindəki problemlərlə bağlı olaraq xəstəxanaya yerləşdirilib.
APA-nın yerli bürosu xəbər verir ki, onun vəziyyəti ağır qiymətləndirilir.
Xəstəxanadan bildirilib ki, patriarx mədə qanaxması ilə daxil olub və müvafiq tibbi-diaqnostik prosedurlar həyata keçirilib. Onun müalicəsi intensiv terapiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, II İlyanın 93 yaşı var. O, 1977-ci ildən Gürcüstanın Katalikos-Patriarxıdır.