AZ

 İranlılar ölkədən qaçır, amma geri qayıdanlar da artır DRAMATİK VƏZİYYƏT

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İranla ABŞ-İsrail koalisiyası arasında iki həftədir davam edən müharibə fonunda minlərlə insan ölkəni tərk etməyə çalışır. Əsas axın Türkiyə istiqamətində olsa da, bir çoxları sərhədə çatdıqdan sonra ailələrini və evlərini qorumaq üçün geri qayıdır.

Sherg.az xəbər verir ki, BMT-nin məlumatına görə, təxminən 3,2 milyon insan ölkə daxilində yerini dəyişib, lakin xaricə gedənlərin sayı hələlik nisbətən azdır. Gündə orta hesabla 1300 nəfər sərhədi keçir, bəzi günlərdə isə geri qayıdanların sayı daha çox olur.

Ekspertlər xəbərdarlıq edir ki, müharibə uzanarsa və infrastruktur dağılsa, bu vəziyyət böyük humanitar böhrana çevrilə bilər. Türkiyə artıq sərhəddə “bufer zonalar” yaratmağa və mümkün qaçqın axınına hazırlaşır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
87
sherg.az

1Mənbələr