Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) "Şah" qaz yatağı İran PUA-sının zərbəsindən sonra alışıb.
Oxu.Az bildirir ki, bu barədə "Bloomberg" agentliyi əmirliyin hakimiyyət orqanlarına istinadən xəbər verir.
Məlumata görə, hücum nəticəsində xəsarət alan yoxdur. Hadisə yerində yanğının söndürülməsi ilə məşğul olan təcili xidmətlər işləyir.
"Şah" yatağı Əbu-Dabidən qərbdə yerləşən Rüb əl-Xali səhrasında yerləşir və dövlət şirkəti "Abu Dhabi National "(ADNOC) ilə ABŞ-nin "Occidental Petroleum" şirkətinin birgə müəssisəsi tərəfindən işlənilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.