AZ

Tramp Starmeri tənqid etdi: Həddən artıq onlardan asılıdır

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Keyr Starmerin qərar qəbul edərkən müşavirlərinə həddən artıq güvənməkdə ittiham edib.

Axar.az xəbər verir ki, Tramp mətbuat konfransında çıxışı zamanı Böyük Britaniyanın Körfəz bölgəsinə hərbi gəmi göndərməsi ilə bağlı məsələni xatırladıb.

Onun sözlərinə görə, Starmer bu məsələ ilə bağlı komandasının fikrini öyrənmək üçün görüş keçirməli olduğunu bildirib. Tramp isə Baş nazirin belə qərarlar üçün komanda ilə məsləhətləşməyə ehtiyac duymadığını deyib:

“Böyük Britaniyanın Baş naziri dünən mənə dedi ki, qərar vermək üçün komandamla görüşəcəyəm. Mən isə dedim ki, komandayla görüşməyə ehtiyac yoxdur, siz Baş nazirsiniz və öz qərarınızı verə bilərsiniz”.

Qeyd edək ki, daha öncə Tramp açıqlamasında Britaniyanın Hörmüz boğazı ətrafında beynəlxalq dəniz koalisiyasının yaradılması təşəbbüsünə istəksiz yanaşdığını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
50
4
axar.az

5Mənbələr