Unikal.az saytına istinadən ain.az xəbər verir.
Mingəçevirdə kökündən qopan ağac elektrik naqillərinin üzərinə aşıb.
"Unikal"ın məlumatına görə, hadisə Əliağa Vahid küçəsində baş verib. İrigövdəli ağac elektrik xəttini qırıb və yola düşərək onu bağlayıb.
Elektrik xəttinin qırılması nəticəsində ətraf qaranlığa bürünüb. Hadisə yerinə aidiyyati xidməti qurumun əməkdaşları çağırılıb.
Ehtiram Muradov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.