Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, PKK terror təşkilatının bölmələri Şimali İraqdan İrana kütləvi şəkildə keçir və orada əvvəllər Qəndil dağı ərazisində yerləşən bazaya bənzəyən böyük bir yeni baza yaradırlar.
PKK İranda baza yaradır: Azərbaycana qarşı təhlükə - VİDEO
Bu barədə "Türkiye" qəzetinin ötən həftə dərc olunan xəbərində deyilir və bildirilir ki, PKK terror təşkilatının İran qolu olan PJAK-ın hərəkətləri qonşu Türkiyə və Azərbaycanın təhlükəsizliyinə də təhdid yaradır. Qəzetin məlumatına əsasən, artıq İraqın Süleymaniyə bölgəsindən İrana 2 000-dən çox silahlı şəxs keçib.
Malayziyanın rəsmi xəbər agentliyi "Bernama" Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq İrana humanitar yardım göndərilməsi barədə xəbərləri oxucularının diqqətinə çatdırıb.
Qeyd olunub ki, 30 tonluq humanitar yük Azərbaycanın müvafiq qurumu tərəfindən İrana yola salınıb.
"Bernama" humanitar yardıma ərzaq, dərman və tibbi ləvazimatların daxil olduğunu bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.