AZ

Əfqanıstan Pakistanın Kabilə zərbələr endirdiyini iddia edir

Əfqanıstan Pakistanın Kabilə zərbələr endirdiyini iddia edir

Əfqanıstanın paytaxtı Kabil Pakistan Hərbi Hava Qüvvələrinin hava hücumuna məruz qalıb.

AFN.az xəbər verir ki, bu barədə Əfqanıstan hökumətinin rəsmi nümayəndəsi Zabihullah Mücahid bildirib. Onun sözlərinə görə, Pakistan növbəti dəfə ölkənin hava məkanını pozaraq Kabil şəhərində yerləşən narkotik asılılığından əziyyət çəkənlər üçün reabilitasiya mərkəzini hədəf alıb. Hücum nəticəsində mərkəzdə müalicə alan şəxslər arasında ölənlərin və yaralananların olduğu bildirilir.

Qeyd edək ki, iki qonşu ölkə arasında artıq bir neçə həftədir gərginlik davam edir. Martın 13-də Əfqanıstan Müdafiə Nazirliyi Pakistanın paytaxtı İslamabad və Hayber-Paxtunxva əyalətindəki hərbi obyektlərə zərbələr endirdiyini açıqlamışdı. Pakistan ordusu isə həmin hücumda istifadə olunan bütün dronların vurulduğunu bəyan edərək, Əfqanıstanın "qırmızı xətti" keçdiyini vurğulamışdı.

Seçilən
24
afn.az

1Mənbələr