“Mançester Yunayted”in təcrübəli dayaq yarımmüdafiəçisi Kazemiro mövsümün sonunda komandadan ayrılacaq.
İdmanxeber.az-ın məlumatına görə, klub rəhbərliyi braziliyalı futbolçu ilə bağlı qərarını dəyişməyəcək. 34 yaşlı yarımmüdafiəçi artıq dörd mövsümdür “Mançester Yunayted”in formasını geyinir.
Qeyd edək ki, Kazemiro cari mövsüm bütün turnirlərdə 29 oyunda iştirak edib, 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.