AZ

Yaşamaq üçün ən əlverişli şəhərlər

Türkiyənin dörd şəhəri gələcəkdə yaşamaq üçün ən əlverişli şəhərlər siyahısına daxil edilib. Süni intellektin müxtəlif meyarlar üzrə hazırladığı siyahıda dünyanın bir çox şəhərləri ilə yanaşı Türkiyədən də bir neçə şəhər yer alıb.

"Yeni Sabah" xəbər verir ki, məlumata görə, buarada təmiz su ehtiyatları, iqlim dəyişikliklərinə davamlılıq, təbii fəlakətlərə qarşı dayanıqlıq və müasir infrastruktur kimi göstəricilər əsas rol oynayır. Bu meyarlar əsasında süni intellekt gələcək üçün ən yaşanabilir şəhərlərin siyahısını tərtib edib.

Siyahıda dünyanın müxtəlif ölkələrindən şəhərlər yer alsa da, Türkiyədən 4 şəhər diqqət çəkib. 

1. Ankara – Dəniz səviyyəsindən yüksəkdə yerləşdiyi üçün iqlim dəyişikliklərindən və dəniz səviyyəsinin qalxmasından daha az təsirlənə bilər.

2. Eskişehir – Planlı şəhər infrastrukturu və böyük tələbə əhalisi sayəsində yaşamaq üçün əlverişli şəhərlərdən sayılır.

3. Trabzon – Bol su ehtiyatları və yaşıllıqları ilə seçilir.

4. Bursa – Sənaye ilə təbiət arasında tarazlıq qura bilməsi ilə ön plana çıxır.

Araşdırmada həmçinin dünyanın gələcəkdə yaşamaq üçün ən əlverişli şəhərləri arasında Stokholm, Helsinki, Oslo, Toronto, Sürix, Kopenhagen, Melbrun və Viana kimi şəhərlər də yer alıb.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
41
yenisabah.az

1Mənbələr