AZ

Livan: İsrailin hücumları nəticəsində 1 milyondan çox insan məcburi köçkünə çevrilib » AzadMedia.az

Livan:

Livan: İsrailin hücumları nəticəsində 1 milyondan çox insan məcburi köçkünə çevrilib

Livan hakimiyyəti bildirib ki, İsrailin ölkəyə qarşı davam edən hücumları nəticəsində bir milyondan çox insan evini tərk etmək məcburiyyətində qalıb.

Bu barədə National News Agency məlumat yayıb.

Məlumata görə, çoxlu sayda insan məcburi köçkün kimi qeydiyyatdan keçib, on minlərlə insan isə təcili yaradılmış sığınacaqlara yerləşdirilib.

Rəsmi açıqlamada bildirilir ki, özünü müstəqil şəkildə məcburi köçkün kimi qeydiyyatdan keçirənlərin sayı 1 049 328 nəfərə, sığınacaqlarda yerləşdirilən məcburi köçkünlərin sayı isə 132 742 nəfərə çatıb.

Bundan əlavə, hücumlar nəticəsində ölənlərin sayının 886 nəfərə yüksəldiyi qeyd olunub.

Qeyd edək ki, İsrail və Livan arasında gərginlik son günlər regionda təhlükəsizlik vəziyyətini daha da ağırlaşdırıb və minlərlə insanın təhlükəsizlik səbəbilə yaşayış yerlərini tərk etməsinə səbəb olub.

Seçilən
25
1
azadmedia.az

2Mənbələr