AZ

Dünya Hörmüzdən danışarkən, o, başqa bir yerə işarə etdi

İranın Hörmüz boğazını bağlaması ilə bağlı müzakirələr fonunda Rusiyanın xarici işlər naziri Sergey Lavrov diqqətçəkən açıqlama verib.

Turkustan.az xəbər verir ki, Lavrov bildirib: “Nədənsə Aralıq dənizi və Baltik dənizində tankerlərin qanunsuz ələ keçirilməsi hallarının baş verdiyi yerlərdə heç kim naviqasiya azadlığı ilə bağlı narahatlıq ifadə etmir. Ukraynalı terrorçular həm Aralıq dənizində, həm də Qara dənizdə tankerlərə hücum ediblər”.

Lavrov həmçinin xatırladıb ki, Ukrayna ordusu Aralıq dənizi və Qara dənizlərdə tankerlərə, eləcə də Türk Axını və Mavi Axın təbii qaz boru kəmərlərinin infrastrukturuna hücumlar həyata keçirib.

Lavrov İrana hücumlar səbəbindən Fələstin məsələsinin unudulduğunu bildirərək əlavə etdi: "Bu məsələdə heç bir irəliləyiş yoxdur. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının diqqətini buna cəlb etmək istəyirik. Hər kəs, xüsusən də region ölkələri bu məsələdə öz məsuliyyətini dərk etməlidir. Biz belə bir yanaşmanı dəstəkləyəcəyik. BMT verdiyi qərarlara görə məsuliyyət daşımalıdır".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
23
1
turkustan.az

2Mənbələr