Pakistan Hərbi Hava Qüvvələrinin Əfqanıstanın paytaxtı Kabildə zərbə endirdiyi bildirilir.
Musavat.com xəbər verir ki, zərbə şəhərin mərkəzinə endirilib. Hadisədən sonra paytaxtın həmin hissəsində güclü yanğın baş verdiyi qeyd olunur.
Məlumata görə, zərbənin dəqiq hansı obyektə yönəldiyi barədə hələlik rəsmi açıqlama verilməyib.
Hadisə nəticəsində ölən və yaralananların sayı barədə də məlumat yoxdur.
Musavat.com