AZ

MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir

ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir

MLS rəhbərliyi çempionatın təqvimində inqilabi dəyişiklik etməyə hazırlaşır.

QOL.az xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, 2027/2028 mövsümündən etibarən liqa "yay-payız" sistemindən "payız-yaz" sisteminə keçəcək. Bu qərardan əvvəl növbəti ilin fevral-may aylarını əhatə edən və cəmi 14 turdan ibarət olan qısaldılmış keçid mövsümü təşkil olunacaq. Cari mövsümdə isə pley-off mərhələsi noyabrın 18-də başlayacaq və hər iki konfransdan ilk 9 pilləni tutan komandalar mübarizəyə qoşulacaqlar.

Qeyd edək ki, dekabrın 20-nə planlaşdırılan MLS Kubokunun final matçı daha yüksək reytinqə malik komandanın meydanında baş tutacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
2
qol.az

3Mənbələr