GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov nüvə, kimyəvi və bioloji silahların mövcud təhdidlərini, eləcə də Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin perspektivlərini müzakirə edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə Moskvada keçirilən Nüvə Silahlarının Yayılmaması Konfransının iştirakçılarına videomüraciəti zamanı danışıb.
Xarici işlər naziri çıxışına İsrail və ABŞ-ın silahlı təcavüzünün İrana hücum etməyə başladıqda NPT-nin və diplomatiyanın fikir ayrılıqlarının həlli üçün bir vasitə kimi etibarlılığına zərbə vurduğunu qeyd etməklə başlayıb.
Lavrovun sözlərinə görə, getdikcə daha çox ölkə təhlükəsizliklərinə qanunsuz hücumlardan yalnız nüvə silahlarının qorunma təmin edə biləcəyinə inanır.
Nazir bildirib ki, Yeni Strateji Silahlar Müqaviləsinin (Yeni START) qorunması vəzifəsi hazırda prioritetə çevrilir, çünki bu, qlobal strateji sabitliyin qorunmasının bir elementidir .
Tahir Turan
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.