AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli premyer-liqasının 24-cü turu çərçivəsində keçirilən oyunlardakı mübahisəli epizodlar barədə fikirlərini bölüşüb.
"Football-plus.az" xəbər verir ki, o, "Araz-Naxçıvan" - "Karvan-Yevlax", "İmişli" - "Sabah", "Zirə" - "Qarabağ", "Qəbələ" - "Neftçi" və "Kəpəz" - "Turan Tovuz" matçları olmaqla ümumilikdə 5 qarşılaşmada qeydə alınan epizodlarla bağlı fikirlərini bölüşüb. Mütəxəssis sözügedən matçlarda hakimlərin doğru qərar verdiyini təsdiqləyib.
Xatırladaq ki, "Zirə" - "Qarabağ" qarşılaşmasından (1:3) sonra meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov matçın 86-cı dəqiqəsində baş hakim Fərid Hacıyevin penalti qərarı verməməsinə narazılığını bildirmişdi.
Rəhim Həsənovun epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta