ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.
İranla münaqişə həll olunarsa, ABŞ administrasiyası Rusiya neftinə qarşı sanksiyaları yenidən tətbiq edə bilər.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Maliyyə Naziri Skott Bessent deyib.
Bessent CNBC-yə verdiyi açıqlamada bildirib ki, İranla münaqişə bitdikdən və neft tədarükü bərpa edildikdən sonra Rusiya neftinə qarşı sanksiyalar bərpa olunacaq.
Bessent həmçinin deyib ki, ABŞ Prezidenti Donald Tramp və Çin başçısı Si Cinpin arasında martın sonuna planlaşdırılan sammitin hazırkı şəraitdə təxirə salınıb-salınmayacağı bəlli deyil. O vurğulayıb ki, əgər görüş təxirə salınarsa, bu,
Hörmüz boğazı da daxil olmaqla, ABŞ və Çin arasında yaranan problemlərə görə deyil, Yaxın Şərqdəki vəziyyətlə bağlı Trampın planlarının dəyişdirilməsi səbəbindən olacaq.
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.