AZ

Unudulan xəstə gecəni MRT aparatında keçirdi Çində kuryoz hadisə

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Çində, Hubei əyalətinin Vuhan şəhərindəki xəstəxana işçiləri bir xəstəni unudaraq altı saat MRT aparatında buraxıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Mothership” məlumat yayıb.

Belə ki, axşam saatlarında Tan adlı şəxs  MRT-yə göndərilib. Prosedur təxminən 20 dəqiqə çəkməli idi, lakin bu müddət keçəndən sonra onu unudularaq aparatda buraxılıb.

Tan bütün gecəni, təmizlik işçisinin onun fəryadını eşidib təhlükəsizlik çağırana qədər orada keçirməli olub.

Qeydlərə görə, müayinə vaxtında başa çatıb. Xəstəxana qarışıqlığın növbə dəyişikliyi ilə bağlı olduğunu izah edib.

Araşdırmadan sonra komissiya xəstəxana işçilərinin Tanı aparatda qoyaraq növbə təhvil vermə protokolunu pozduğunu müəyyən edib. Məsul şəxslər işdən kənarlaşdırılıb. Klinika rəhbərliyi xəstədən üzr istəyib.

Həmçini bildirilir ki, həyat yoldaşı Tanın itkin düşməsi barədə polisə məlumat veribmiş.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
2
qafqazinfo.az

3Mənbələr