AZ

MY tarixində Brunu kimisi olmamışdı

"Mançester Yunayted"in kapitanı Brunu Fernandeş klub tarixində yeni rekorda imza atıb.

Fanat.Az xəbər verir ki, portuqaliyalı futbolçu 2025/26 mövsümündə Premyer Liqada 16 məhsuldar ötürmə edərək bir mövsümdə ən çox assist edən oyunçu olub.

Beləliklə, o, klubun əfsanələrindən biri olan David Bekhamın rekordunu geridə qoyub. Fernandeşin "Aston Villa" ilə oyundakı performansı da diqqət çəkib: o, 6 qol imkanı yaradıb, 2 assist edib və meydanda ən fəal futbolçulardan biri olub.

Bu nəticə Brunu Fernandeş üçün mövsümün ən parlaq çıxışlarından biri hesab olunur.

Seçilən
29
1
fanat.az

2Mənbələr