AZ

Yevlaxda yaşayış binasında YANĞIN OLUB - FOTO

Yevlax şəhərindəki üçmərtəbəli  yaşayış binalarından birində yanğın qeydə alınıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Sovet dövründə tikilmiş binada yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Hadisə yerinə FHN-nin Yevlax Dövlət Yanğından Mühafizə  Hissəsinin yanğınsöndürən briqadası cəlb edilib. Alov artıq söndürülüb.




Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

Seçilən
34
bizim.media

1Mənbələr