AZ

TƏCİLİ! Sanksiyalara fasilə: Rusiya neft satışın KONKRET

Konkret.az saytına istinadən ain.az xəbər verir.

Rusiya neftinin beynəlxalq bazarlara çıxışı və sanksiyalar fonunda mümkün dəyişikliklər yenidən müzakirə mövzusuna çevrilib.

Xüsusilə son qərarlar Moskvanın qlobal enerji bazarındakı mövqeyinə necə təsir edəcəyi ilə bağlı müxtəlif qiymətləndirmələrə səbəb olur.

Məsələ ilə bağlı KONKRET.az-ın sualını cavablayan ukraynalı politoloq Maksim Yali deyib ki, artıq aprelin 19-dək Rusiya neftinə qarşı sanksiyaların müvəqqəti ləğvi ilə bağlı qərar qəbul edilib:

“Bu, həm neft satışına, həm də sığortaya aiddir. Təbii ki, Rusiya bu qısa müddət ərzində müvafiq olaraq neft satışlarını artıra biləcək. Neft və qaz hazırda Rusiya–Ukrayna müharibəsi fonunda Rusiya üçün əsas maliyyə mənbələrindən biri olaraq qalır. Bu qərar həm də ABŞ-ın vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında aparılan danışıqların gedişi ilə bağlıdır və Moskvanın danışıqlarda müəyyən güzəştlərə getməsi üçün bir siqnal kimi qiymətləndirilə bilər”.

Maksim Yali sonda əlavə edib ki, proseslər eyni zamanda Yaxın Şərqdəki vəziyyətlə də əlaqəlidir:

“Bu qərar ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatlarının nə qədər davam edəcəyi ilə bağlı da müəyyən mesajlar verir. Lakin hələlik konkret nəticələr barədə danışmaq tezdir. Hər şey Yaxın Şərqdə vəziyyətin necə inkişaf edəcəyindən və Donald Trampın hərbi əməliyyatların dayandırılması ilə bağlı mövqeyindən asılı olacaq”.

Dəniz PənahovaKONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
1
konkret.az

2Mənbələr