AZ

İranın BƏƏ yə hücumunun statistikası: Ölən və yaralıların SAYI AÇIQLANDI FOTO

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Münaqişə başlayandan bəri İranın Birləşmiş Ərəb Əmirliklərinə endirdiyi zərbələr nəticəsində 7 nəfər ölüb, 145 nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə əmirliyin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, həlak olanlardan ikisi BƏƏ-nin hərbçisi, digərləri isə müxtəlif ölkələrin vətəndaşlarıdır.

Qeyd edilib ki, təkcə martın 16-da BƏƏ-nin hava hücumundan müdafiə sistemləri İrandan atılan altı ballistik raket və 21 pilotsuz uçuş aparatını zərərsizləşdirib. Ümumilikdə, münaqişə başlayandan bu günə qədər ölkənin HHM sistemləri 304 ballistik raketi, 15 qanadlı raketi və 1627 pilotsuz uçuş aparatını məhv edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
oxu.az

1Mənbələr