AZ

Dağlıq ölkədə elektromobil sayında sıçrayışla artım FOTO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün elektromobillərin sürətlə artdığı ölkə dedikdə ağla ilk gələn Norveç olur. Bu ölkədə elektromobillərin bazar payı artıq 97 faizə yüksəlib. Amma bu Skandinaviya ölkəsi tək deyil.

Avtosfer.az xəbər verir ki, Nepalda da elektromobillər sürətlə artır və səbəbi də məlumdur. Bu ölkədə daxiliyanma mühərrikli avtomobillərə 300 faiz rüsum tətbiq edildiyi halda, elektromobilin rəsmiləşdirilməsi çox aşağı başa gəlir.

Eyni zamanda, Çinlə qonşuluq elektromobillərin daşınma xərcinin də az olmasına təsir edir. 

Elektromobili təşviq edən ən başlıca səbəb isə elektrikin ucuz olmasıdır. Bu dağlıq ölkədə çox sayda SES-in sayəsində ucuz enerji alınır. Bütün bu amillərin təsiri ilə son 6 ildə elektromobillərin bazar payı 8 faizdən 73 faizə yüksəlib. Artım tendensiyası davam edir. Hətta şəhərlərdə elektrikli mikroavtobuslara da rast gəlmək adi haldır.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
avtosfer.az

1Mənbələr