AZ

Yaxın Şərqdəki vəziyyət pik həddə çatıb

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

Yaxın Şərqdə gərginlik artmaqda davam edir. İran qüvvələri İslam Respublikasına hücumlara cavab olaraq İsrailin əsas müdafiə sənayesi obyektlərinə zərbələr endirib.

Reyting.az xəbər verir ki, Tehran rəsmilərinin sözlərinə görə, əməliyyat silahla əlaqəli obyektləri hədəfə alıb. Xüsusilə, zərbələr hava hücumundan müdafiə sistemləri hazırlayan “Rafael” şirkətinin əsas mərkəzlərinə yönəlib.

Məlumata görə, hərbi təyyarə istehsalı ilə tanınan “Israel Aerospace Industries” şirkətinin istehsal mərkəzlərinə də zərbələr endirilib.

“Mehr” xəbər agentliyi İran ordusunun açıqlamasına istinadla bildirir ki, hücumlar İsrailin hərbi-sənaye kompleksinin ən vacib elementlərini hədəfə alıb.

Xatırladaq ki, fevralın sonunda amerikalılar və israillilər İrandakı hədəflərə zərbələr endirməyə başlayıblar. Tehran administrasiyası əks tədbirlərlə cavab verir.

ELÇİN

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
reyting.az

1Mənbələr