
Aİ Şurası kiberhücumlarda ittiham olunan iki Çinli iş adamına, həmçinin ÇXR-in iki və İranın bir texnologiya şirkətinə qarşı sanksiyalar tətbiq edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Aİ Şurasının rəsmi bəyanatında bildirilir.
Fiziki şəxslər üçün sanksiyalar Aİ-yə girişin qadağan edilməsini və onların Avropa Birliyindəki maliyyə aktivlərinin dondurulmasını, hüquqi şəxslər üçün isə aktivlərin dondurulmasını və Avropa bizneslərinin onlarla qarşılıqlı əlaqəsinin tamamilə qadağan edilməsini əhatə edir.