Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Benjamin Netanyahu və Mojtaba Khamenei ilə bağlı sosial mediada müxtəlif iddialar yayılıb.
Məlumatlara görə, İsrailin baş naziri Netanyahunun öldüyü iddia edilir.
O, bir müddət əvvəl canlı yayıma çıxsa da, bəzi dairələr həmin müraciətin süni intellekt vasitəsilə hazırlanmış ola biləcəyini iddia edir və videodakı bəzi detalların buna işarə etdiyini bildirir.
Digər iddialar isə İranın yeni ali lideri kimi göstərilən Müctəba Xamenei ilə bağlıdır.
Bildirilir ki, o, fevralın 28-də Tehran şəhərinə edilən hava hücumları zamanı yaralanıb və daha sonra Rusiya hərbi təyyarəsi ilə Moskva şəhərinə aparılıb.
Politoloq Turan Rzayev Gununsesi.info-ya verdiyi açıqlamada bildirib ki, regionda davam edən Middle East gərginliyi fonunda hər iki liderin sıradan çıxması müəyyən qüvvələrin maraqlarına uyğun ola bilər:
“Xüsusilə United States üçün uzanan Israel–Iran qarşıdurması əlavə siyasi və maliyyə yükü yaradır. Hazırkı mərhələdə Vaşinqton regiondakı müharibəyə birbaşa qoşulmaqdan çəkinir və gərginliyin idarə olunmasına üstünlük verir. Bununla belə, tərəflər arasındakı qarşıdurmanın gələcəkdə yenidən kəskinləşməsi ehtimalı istisna edilmir”.
Politoloq o cümlədən bunları deyib:
“Qəribə səslənsə də, Vaşinqton üçün artıq hər iki lider baş ağrısına çevrilib. Sadəcə fərq ondadır ki, Benyamin Netanyahu köhnə, Müctəba Xamenei isə yeni problemdir. srail ilə İran arasında davam edən müharibə bitmək bilmir, əksinə, uzandıqca uzanır. Bu isə ABŞ üçün getdikcə daha böyük xərc deməkdir. Keçmiş ali rəhbər Əli Xameneinin ölümü müharibəni bitirmədiyi kimi, onun yerinə daha mühafizəkar və müharibə tərəfdarı olan oğlu hakimiyyətə gəldi. Daha doğrusu, o, SEPAH tərəfindən hakimiyyətə gətirildi. Yəni Əli Xameneinin ölümü ABŞ üçün heç bir müsbət nəticə yaratmadı, əksinə, prosesi faktiki olaraq sıfırladı.
Netanyahu isə israrla İrana qarşı hərbi müdaxiləni dəstəkləyir və bununla kifayətlənməyərək açıq şəkildə tələb irəli sürürdü. Vaşinqtonun və ABŞ Prezidenti Donald Trampın təmkinli mövqeyi fonunda isə müxtəlif şantaj və təhdidlərin səsləndirildiyi iddia edilir.
Orxan
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.