ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ombudsmanın ünvanına daxil olan müraciətlərin təhlili nəticəsində kadr zabitlərinin xidmətlə bağlı qarşılaşdıqları bəzi məsələlərin tənzimlənməsinə ehtiyac olduğu müəyyən edilib.
Gununsesi.info-nun xəbərinə görə, təhlillər göstərir ki, bəzi hallarda kadr zabitləri müxtəlif səbəblərdən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə xidmətlərini başa vura bilmirlər.
Bu səbəbdən həmin şəxslərin gələcək statusunun müəyyən edilməsi ilə bağlı yeni mexanizmlərin hazırlanması zərurəti yaranır.
Təklifə əsasən, dövlət tərəfindən zabitlərin təhsilinə çəkilən xərclərin müvafiq xidmət müddətinə uyğun hesablanaraq dövlət nəfinə geri ödənilməsi şərti ilə onların öz arzuları əsasında ehtiyata buraxılması qaydalarının işlənib hazırlanması nəzərdə tutulur.
Bu yanaşmanın tətbiqi həm hüquqi tənzimləməni təkmilləşdirməyə, həm də kadr zabitlərinin müraciətlərində qaldırılan məsələlərin daha ədalətli həllinə imkan yarada bilər.
Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edib.
Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.
Orxan
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.