AZ

Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinə dəyişiklik təklif olunur

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 23-cü maddəsində nəzərdə tutulmuş bəzi istisnaların bərabərlik hüququnun təmin edilməsi baxımından ziddiyyət yaratdığı bildirilib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Nizamnaməyə müvafiq dəyişikliklərin edilməsi təklif olunur.

Qeyd olunur ki, mövcud müddəaya əsasən əsgər, matros və çavuş vəzifələrində xidmət edən qadın hərbi qulluqçulara Nizamnamənin 22-ci maddəsində nəzərdə tutulan bəzi həvəsləndirmə tədbirləri tətbiq edilmir. Söhbət “e” bəndi (baş əsgər və ya baş matros hərbi rütbəsinin verilməsi), “ə” bəndi (müddətindən artıq xidmət edən çavuşlara tutduqları vəzifə üçün müəyyən edilmiş rütbədən bir pillə yuxarı rütbənin verilməsi) və “i” bəndində nəzərdə tutulan (müddətli xidmət hərbi qulluqçularına 10 sutkayadək qısamüddətli məzuniyyət verilməsi) həvəsləndirmə tədbirlərindən gedir.

Məsələ ilə bağlı bildirilib ki, qeyd olunan istisnalar qadın hərbi qulluqçular üçün həvəsləndirmə tədbirlərinin tətbiqində məhdudiyyət yaradır və bu da bərabərlik prinsipinə uyğun hesab edilmir. Bu səbəbdən həmin istisnaların aradan qaldırılması və qadın hərbi qulluqçulara da eyni həvəsləndirmə tədbirlərinin tətbiq olunması məqsədilə İntizam Nizamnaməsinə müvafiq dəyişikliklərin edilməsi təklif edilir.

Orxan 

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
icma.az

1Mənbələr