AZ

Bakıda qadınlarla bağlı yayılan görüntülər etiraz doğurdu Qarşısı dərhal alınmalıdır

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Son günlər sosial şəbəkələrdə qadınlarla bağlı müzakirələrə səbəb olan reklam çarxları yayılıb. Belə ki, bəzi pub və əyləncə məkanlarında qadınlara içki və qəlyanın pulsuz təqdim edildiyi bildirilir. Bu cür kampaniyalar cəmiyyətdə birmənalı qarşılanmır və müxtəlif narazılıqlara səbəb olur.

Globalinfo.az-a danışan sosioloq Mail Yaqub bildirib ki, cəmiyyət nə qədər müasirləşsə də, milli-mənəvi dəyərlərin qorunması vacibdir:

“Biz Avropa və ya Amerika mədəniyyətinə yaxınlaşsaq da, öz milli və mənəvi dəyərlərimizi qoruyub saxlamalıyıq. Müasir sosiologiyada da qeyd olunur ki, hər bir xalq öz etnik və milli mədəniyyətini yaşada bilər və bu, müasirliyə zidd deyil. Müasirlik heç də milli-mənəvi dəyərlərdən imtina etmək demək deyil. Heç bir filosof və ya sosioloq belə bir yanaşmanı dəstəkləmir.

Müasirlik həm də o demək deyil ki, cəmiyyət tam şəkildə avropalaşmalıdır və məişət həyatımız bütövlükdə başqa mədəniyyətlərin təsiri altına düşməlidir. Müasirləşmə başqa anlayışdır. Bu baxımdan mən belə reklamların əleyhinəyəm və bunun üçün əsaslarım var”.

Mail Yaqub

Sosioloq Prezident İlham Əliyevin milli dəyərlərlə bağlı çıxışlarına diqqət çəkib:

“Prezident də müxtəlif çıxışlarında gəncləri spirtli içkilərdən uzaq durmağa çağırıb, milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayıb. Bir vətəndaş və müəllim kimi bu mövqe məni sevindirir. Çünki milli kimlik və azərbaycançılıq məhz öz dəyərlərimizi qorumaqla formalaşır. Yad mədəniyyətlərin kor-koranə təqlidi ilə güclü və müstəqil Azərbaycan qurmaq mümkün deyil. Bu baxımdan hesab edirəm ki, belə reklamların qarşısı alınmalıdır. Gənclərə, xüsusilə də xanımlara daha çox diqqət və qayğı göstərilməli, onların tərbiyəsi və mənəvi dəyərlərlə yetişməsi istiqamətində işlər gücləndirilməlidir”.

Zaira Akifqızı

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
globalinfo.az

2Mənbələr