AZ

ABŞ-nin maliyyə naziri: Müharibənin nə vaxt bitəcəyini demək mümkün deyil

BAKI, 16 mart. TELEQRAF

“Neft qiymətlərinin cilovlanması üçün istənilən tədbir İranla müharibənin nə qədər davam edəcəyindən asılı olacaq”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent deyib.

“Müharibənin nə vaxt bitəcəyini demək mümkün deyil”, - o bildirib.

ABŞ-nin maliyyə naziri Hörmüz boğazından durumla bağlı isə söyləyib: “Hazırda Hörmüz boğazından çoxlu sayda gəmi, o cümlədən yanacaq daşıyan Hindistan, İran və Çin gəmiləri keçir. Görünür, İran Hörmüz boğazında keçidi açıq saxlayır”.

Seçilən
26
1
teleqraf.com

2Mənbələr