Bu ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində 498,8 milyon manatlıq içkilər və tütün məmulatları satılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrünə nisbətən 2,2% çoxdur.
Yanvar-fevral aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 4,9% faizi içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.
Təkcə fevral ayı ərzində əhali 240,1 milyon manatlıq içkilər və tütün məmulatları alıb