AZ

Bu ildən ilk dəfə olaraq Ədəbiyyat Muzeyinin Dissertasiya Şurası iclaslarını 28 üzvlə keçirir

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 16 mart, AZƏRTAC

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi nəzdində 2026-2028-ci illərdə fəaliyyət göstərəcək FD 1.31 qeydiyyat nömrəli Dissertasiya Şurasının ilk iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Dissertasiya Şurasının sədri akademik Rafael Hüseynov qarşıdakı vəzifələrdən, elmi seminarın tələbkarlıq səviyyəsinin artırılması zəruriyyətindən bəhs edib.

Müzakirələrdə Şura üzvləri mülahizələrini bölüşüblər.

Daha sonra 2015-2018-ci illərdə Bakı Dövlət Universitetinin əyani doktorantı olmuş Ayşən Sadıqlının “Mir Cəlal hekayələrində ədəbi qəhrəman və zaman” mövzusunda dissertasiya işinə opponentlər təyin olunması və avtoreferatın çapına icazə verilməsi ilə bağlı məsələ müzakirə edilərək müvafiq qərar qəbul olunub.

Qeyd edək ki, Dissertasiya Şurası Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2026-cı il 25 fevral tarixli əmri ilə 28 nəfərdən ibarət tərkibdə təsdiq edilib. Bu ildən ilk dəfə olaraq Dissertasiya Şurası iclaslarını 28 üzvlə keçirir. Öncəki tərkibdə 24 nəfər üzv var idi. Şuranın tərkibindəki üzvlərdən akademik Teymur Kərimli, akademik Möhsün Nağısoylu və müxbir üzv Əbülfəz Quliyev birinci dönəmdə - 2019-2022-ci ildə də Muzeydə fəaliyyət göstərən Şuranın üzvü olublar. Səkkiz üzv isə bu il ilk dəfə olaraq Şurada təmsil olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
3
azertag.az

4Mənbələr