AZ

Ağstafada bayram ərəfəsində şəhid övladları ilə görüş keçirilib - FOTOLAR

Ağstafa Rayon İcra Hakimiyyəti və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutan görüşdə RİH başçısı Seymur Orucov, şəhidlərimizin ailə üzvləri, məsul şəxslər iştirak ediblər.

"Unikal" xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

RİH başçısı xalqımızın milli birlik və dirçəliş rəmzi olan Novruz bayramı münasibəti ilə şəhidlərimizin ailə üzvlərini təbrik edərək qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əmanətləri hərtərəfli diqqət və qayğı ilə əhatə olunur. Onların sağlam, uğurlu və xoşbəxt gələcəkləri üçün dövlətimiz tərəfindən bütün zəruri addımlar atılır. Rəşadətli Ordumuzun qazandığı şanlı Zəfər sayəsində  torpaqlarımız işğaldan azad, tarixi ədalət bərqərar olundu, doğma yurdlarımıza həyat qayıtdı. Biz artıq Novruzla bərabər bütün bayramları qalib xalqın nümayəndələri kimi böyük qürur və iftixar hissi ilə qeyd edirik. 

Tədbirdə Novruza həsr olunmuş musiqili əyləncəli nömrələr nümayiş etdirilib, uşaqlara bayram hədiyyələri təqdim olunub.

 

Seçilən
1
3
unikal.az

4Mənbələr