Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən martın 10-15-də icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.
ANAMA-dan Bizim.Media-ya bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 129, tankəleyhinə 194 mina və 724 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həmçinin 1 234,5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta