AZ

Çexiya "Dostluq" kəmərindəki zədələri araşdıracaq missiyaya rəhbərlik etməyə hazırdır

Çexiya "Dostluq" kəmərindəki zədələri araşdıracaq missiyaya rəhbərlik etməyə hazırdır

Çexiya Ukrayna ərazisində zədələnmiş "Dostluq" (Drujba) neft kəmərinin mövcud vəziyyətini və dəymiş ziyanın miqyasını müəyyənləşdirmək üçün yaradılacaq beynəlxalq ekspert qrupuna rəhbərlik etməyə hazırdır.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Çexiyanın Baş nazirinin müavini, sənaye və ticarət naziri Karel Havliçek Brüsseldə avropalı həmkarları ilə keçirdiyi görüş zamanı məlumat verib.

Nazir bildirib ki, rəsmi Praqa qısa müddətdə peşəkar mütəxəssislərdən ibarət qrup formalaşdıraraq hadisə yerinə göndərmək niyyətindədir. Havliçekin sözlərinə görə, Ukrayna tərəfi avropalı ekspertlərin zədələnmiş əraziyə girişinə şərait yaratmalıdır ki, neft nəqlinin dayandırılması səbəbləri müstəqil şəkildə araşdırılsın. O, Avropa İttifaqını bu məsələdə qətiyyət nümayiş etdirməyə və texniki təftiş qrupunun Ukraynaya göndərilməsini tələb etməyə çağırıb.

Xatırladaq ki, yanvarın 27-dən etibarən "Dostluq" kəməri vasitəsilə Macarıstan və Slovakiyaya neft nəqli dayanıb. Rəsmi Kiyev fasilənin Rusiyanın dron hücumları nəticəsində yaranan ciddi zədələrlə bağlı olduğunu bildirsə də, Budapeşt və Bratislava kəmərin bərpasının qəsdən gecikdirildiyini iddia edirlər.

Seçilən
50
afn.az

1Mənbələr