
İsveç İranla bağlı təhlükəsizlik səbəblərinə görə diplomatik heyətini müvəqqəti olaraq Tehrandan çıxarıb və fəaliyyətini Bakıdan idarə edəcək.
Missiya.Az xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer sosial mediada məlumat verib.
O bildirib ki, İranda təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi səbəbindən İsveç Xarici İşlər Nazirliyi Tehrandakı səfirliyin fəaliyyətini məhdudlaşdırmaq qərarına gəlib. Hazırda səfirliyin əsas işi Bakıda davam etdirilir. Nazir əlavə edib ki, Tehran üçün təhlükəsizlik şəraiti hələ də qeyri-müəyyən olaraq qalır.
2022‑ci ildən etibarən İsveç hökuməti ölkə vətəndaşlarını İrana səfər etməməyə çağırır və artıq orada olan vətəndaşlarının çıxmasını tövsiyə edir.
Seyranə QuliyevaMissiya.Az