AZ

Rusiya Kiyevə PUA ilə hücum etdi

Rusiya Ukraynaya Şahed sinifli hücum dronları ilə həmlələr edib. Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan dronlardan birinin qalıqları Kiyevin mərkəzinə düşüb.

Herbiand.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko “Telegram” kanalında məlumat verib.

Kiyev Şəhər Hərbi Administrasiyasının (KŞHA) məlumatına görə, Rusiya dron hücumu Ukrayna paytaxtının mərkəzinə, eləcə də digər üç rayona dəyib. "Solomyanski rayonunda düşmən PUA-sının bir hissəsi açıq əraziyə düşüb. Svyatoşinski rayonunda isə qalıqlar yaşayış olmayan əraziyə düşüb və otlar yanıb", - KŞHA rəhbəri Timur Tkaçenko bildirib.

Seçilən
52
herbiand.az

1Mənbələr